www.science.az
03.10.2014 00:00

“Bitki fitoplazmalarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək

15-17 noyabr 2014-cü il tarixlərdə Bakı şəhərində AMEA Botanika İnstitutunun təşkilatçılığı ilə “Bitki fitoplazmalarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək. Seminar Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiənin imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihə üzrə həyata keçiriləcək.

Seminarda iştirak etmək istəyən tələbə və doktorantlar elektron ərizə formasını 15 oktyabr 2014-cü il tarixinədək i_guseinova@mail.ru elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, iştirakçıların ümumi sayı 10 nəfərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.