www.science.az
19.02.2020 14:31

Tələbələr AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bir qrup tələbəsi AMEA-nın Biofizika İnstitutunda təcrübəyə başlayıb.

Hazırda fakültənin 15 nəfərdən ibarət tələbə heyəti ayrı-ayrı qrup şəklində institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş pinsipi ilə tanış olurlar.

İki ay davam edəcək təcrübə tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi, onlarda elmi tədqiqat işlərini sərbəst şəkildə yerinə yetirmək vərdişlərinin formalaşdırılması məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.