www.science.az
03.03.2020 09:12

Alimlər ilk dəfə Yerdən kənarda zülal aşkar ediblər

ABŞ-ın Harvard Universitetinin alimlər qrupu ilk dəfə olaraq meteoritdə Yer kürəsinə aid olmadığı ehtimal olunan zülal tapdıqlarını bəyan ediblər.

Alimlər spektrometriyadan istifadə edərək, 30 il əvvəl Əlcəzairdə Yerə düşən Acfer 08c meteoritinin kimyəvi tərkibini analiz ediblər. Nəticədə onlar tərkibində dəmir və litium kimi kimyəvi elementlərlə əlaqəli amin turşusu olan qlisin tapıblar. Simulyasiya nəticələri göstərib ki, qlisin hemolitin adlandırılan zülalın tərkib hissəsidir. Struktur baxımından Yer üzərindəki zülallarla oxşar olsa da, tərkibində hidrogenin izotopu mövcuddur.

popmech.ru saytının məlumatına görə, hidrogen izotopu adi hidrogenə nisbətən kometlər üçün xarakterikdir. Bu zülalın təxminən 4.6 milyard il əvvəl Günəşi əhatə edən protoplanetar dairədə meydana gəlməsi ehtimal olunur. Bununla yanaşı, alimlər hemolitinin zülal olmaması ehtimalını da qeyd edirlər. Bununla yanaşı, o, həmçinin zülalların da daxil olduğu polimerlər sinfinə aiddir.