www.science.az
10.03.2020 09:37

Alimlər Uran və Neptuna səyahət üçün pəncərə aşkar ediblər

Nadir kosmik qruplaşma nəticəsində Günəşdən ən uzaq məsafədə yerləşən Uran və Neptun qısa müddətlik Yer kürəsinə bir az daha yaxın olacaq.

Günəş işığının Yer kürəsinə çatmasına təxminən səkkiz dəqiqə, Urana isə 2,7 saat tələb olunur. Neptuna qədər olan məsafə 4,2 saat təşkil edir.

popmech.ru saytının məlumatına görə, 1980-ci illərdə NASA-nın Voyager 2 kosmik aparatı Yupiterlə Saturn tərəfindən sürətləndirildiyinə görə ona Uran və Neptuna çatmağa 12 il vaxt tələb olunmuşdu. 2030-cu illərdə Yupiter yenidən bunun üçün uyğun vəziyyətdə olacaq, Uran və Neptuna göndərilmiş yeni zondu sürətləndirə biləcək. Aşkar olunmuş kosmik qruplaşma pəncərəsi sayəsində aparat təxminən 12-13 il sonra bu planetlərə çata biləcək.

Kosmik cəmiyyət bu pəncərədən istifadə etməyə qərar verərsə tədqiqatçıların zondları layihələndirmək, qurmaq və istifadəyə vermək üçün cəmi 10 il vaxtı olacaq. Bu isə uzaq kosmosun tədqiqi üçün çox məhdud müddətdir.