www.science.az
11.03.2020 17:17

Süd yolunda yeni növ döyünən ulduz aşkar edilib

Öz növündə unikal olan qeyri-adi ulduz Yer kürəsindən 1500 il məsafədə aşkar edilib. HD74423 adlandırılan pulsar (elektromaqnetik radiasiya şüası yayan yüksək maqnitləşmiş, böyük sürətlə dönən neytron ulduz) yalnız bir yarımkürə ilə döyünür. Ulduzun kütləsi Günəşdən 1,7 dəfə çoxdur. Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc edilib.

poisknews.ru saytı xəbər verir  ki, indiyə qədər alimlər pulsarların titrəyişinin ulduzun bütün səthi üzrə bərabər paylandığını hesab edirdilər. Aşkar edilmiş yeni ulduzun isə fərqli hərəkət etməsinin səbəbi qırmızı cırtdandır. O, ulduza yaxın olması ilə öz qravitasiya cazibəsi sayəsində titrəyişi təhrif edir.

Qeyd edək ki, bu kimi obyektlərin mövcudluğu hələ 1980-ci illərdə nəzəri olaraq məlum olub. Lakin alimlər bugünədək onları tapmağa müvəffəq olmayıblar.