www.science.az
18.03.2020 09:20

Azərbaycanda kənd əhalisinin demoqrafik inkişafı araşdırılır

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda kənd əhalisinin demoqrafik inkişafı və kənd məskunlaşmasının inkişafının tənzimlənməsinin iqtisadi-coğrafi və sosial problemləri araşdırılıb.

İlkin olaraq Azərbaycanda kənd məskunlaşmasının sosial və iqtisadi-coğrafi tənzimlənməsi istiqaməti müəyyənləşdirilib. Əhalinin siyahıyaalınma və cari statistik mənbələrdən materialların toplanması, sistemləşdirilməsi, müvafiq cədvəllərin tərtib olunması işləri həyata keçirilib, qrafik, diaqramlar və xəritələr hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.