www.science.az
18.03.2020 09:46

Koronavirusdan sağalmış insanların anticismləri epidemiyanı dayandırmağa kömək edəcək

ABŞ tədqiqatçıları COVID-19-a qarşı anticismlərin yaşlı insanlar və həkimlər də daxil olmaqla, əhalinin virusa qarşı ən zəif təbəqələri üçün müdafiəni təmin edə biləcəyinə əmindirlər. Bu müvəqqəti addım vaksin hazır olanadək vəziyyəti ələ almağa imkan verəcək.

Son qiymətləndirmələrə görə, bu virusa qarşı vaksinin ən tez bir ilə hazırlanması gözlənilir.

hightech.plus saytının məlumatına görə, ABŞ-ın Cons Hopkins Universitetinin mütəxəssisləri koronavirusla mübarizə üçün ona artıq yoluxmuş və sağalmış insanların qanının zərdabından anticismləri istifadə etməyi təklif edirlər. Bu terapiya XIX əsrin sonunda qızılca, poliomielit və qripin müalicəsi metodu kimi kifayət qədər müvəffəqiyyətlə tətbiq edilirdi.

Anticismləri risk qrupunda olan insanlara yeritməklə virusdan müdafiəni təmin etmək mümkün olacaq.

Bu metodika epidemiyanı tam olaraq dayandırmasa da, zəif insanları qorumağa və vaxt qazanmağa kömək edəcək.