www.science.az
14.05.2020 11:20

Yaponiyanın “Denka” şirkəti “Avigan” dərmanı üçün komponentin istehsalını bərpa edəcək

Yaponiyanın “Denka” şirkəti cari həftənin sonlarından başlayaraq koronavirusa qarşı “Avigan” dərmanı üçün zəruri olan üzvi komponentin istehsalını bərpa edəcəyini bəyan edib.

www3.nhk.or.jp saytı xəbər verir ki, Yaponiya hökuməti cari maliyyə ilində 2 milyon xəstənin müalicəsi üçün bu dərmanın tədarükünü təmin etməyi planlaşdırır. Bu komponentin sabit tədarükü Çindən ixracdan asılı olduğuna görə bu işdə ciddi problem yaranıb.

“Denka”nın Yaponiyada dietilmanolatın istehsalı ilə məşğul olan yeganə şirkət olduğu bildirilir. Lakin şirkət 2017-ci ildən bu üzvi maddənin istehsalını dayandırıb. Yaponiya hökumətinin xahişini nəzərə alan “Denka” şirkəti dietilmanolatın istehsalını bərpa etmək qərarına gəlib.

Şirkətin iyunun sonlarından başlayaraq ildə 2 milyon xəstə üçün “Avigan” dərmanının istehsalı məqsədilə lazım olan qədər komponent hazırlayacağı bildirilir.