www.science.az
21.05.2020 12:11

Ədəbiyyat İnstitutu ehtiyacı olan əməkdaşlara ərzaq yardımı edib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən pandemiya dövründə ehtiyacı olan müəssisə əməkdaşlarına ərzaq yardımı paylanılıb.

Yardım aksiyasında AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov və Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər.

Eyni zamanda, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq işə çıxmayan yaşlı əməkdaşların ərzaq payı evlərində onlara təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.