www.science.az
05.06.2020 10:47

AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya xidmətinin məlumatı

AzPress.az saytında AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə əlaqədar verilmiş materialda kitabxananın direktoru  Sevil Zülfüqarovanın AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin bibisi qızı olması haqqında getmiş  məlumat həqiqəti əks etdirmir. Sevil Zülfüqarovanın akademik İsa Həbibbəyli ilə yaxın və uzaq heç bir qohumluq əlaqəsi yoxdur.

Tibb üzrə fəlsəfə doktoru Leyla İmanova öz ərizəsi əsasında MEK-in direktoru vəzifəsindən çıxmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.