www.science.az
18.11.2013 00:00

Azərbaycanlı alimlər BTC neft kəməri marşrutu üzrə ekspedisiyada olublar

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayevin rəhbərliyi ilə institutun bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi çərçivəsində BTC neft kəməri marşrutu üzrə ekspedisiyada olmuş, kəmər boyunca yerləşən obyektlərin ətraf mühitə təsirini qiymətləndirmiş, ətraf mühitin ekoloji monitorinqini keçirmişlər.

 

Layihənin məqsədi obyektlərdə yaranan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və ətraf mühitə təsirinin azaldılması üzrə elmi əsaslandırılmış təkliflərin hazırlanmasından ibarətdir. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.