www.science.az
29.06.2020 10:34

Akademik Kamal Abdullayevin “Sehrbazlar dərəsi” romanı Almaniyada nəşr olunub

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayevin “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub.

Türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən kitabın redaktoru Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasdır. Əsər "Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alıb. 

Alman naşirlər romanı "Şərqin sirləri Kamal Abdullayevin zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.