www.science.az
02.07.2020 10:59

İqtisad elmləri üzrə elmi şuranın onlayn iclası keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad elmləri üzrə elmi şuranın onlayn iclası keçirilib.

Şuranın sədri, institutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə baş tutan iclasda elmi müəssisənin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlarının dissertasiya işlərinin mövzuları müzakirə edilib.

Mövzular redaktə xarakterli dəyişikliklərdən sonra təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.