www.science.az
02.07.2020 11:36

Aqrosenozlar və ekosistemlərin mühafizəsi üzrə elmi şuranın iclasında 18 dissertasiya mövzusu müzakirə olunub

Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Aqrosenozlar və ekosistemlərin mühafizəsi üzrə elmi şurasının onlayn iclası keçirilib.

İclası şuranın sədri, aqrar elmlər doktoru Mustafa Mustafayev açaraq bildirib ki, dünyada baş verən pandemiya ilə əlaqədar Prezident İlham Əliyevin qabaqlayıcı tədbirlərin həyata keçirməsinə yönəldilən qərar və sərəncamları infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına istiqamətlənib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamına əsasən akademiyanın əməkdaşlarının fəaliyyətlərini məsafədən onlayn davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvləri şuraya daxil olmuş tədqiqatların, dissertasiya mövzularının prioritet istiqamətlərə yönəlməsi, onların təkrar tədqiqat işləri olmaması və müasir dövrün tələblərinə uyğun olması məsələlərini araşdırıblar.

Şuranın sədr müavini, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai, AMEA-nın müxbir üzvi Əlövsət Quliyev, aqrar elmlər doktorları Ağamir Həşimov, Həsənəli Aslanov, Vüqar Səlimov, biologiya elmləri doktoru Aydın Əsgərov iclasda aparılan müzakirələrdə iştirak ediblər.

İclasda gündəliyə daxil olan 18 mövzu müzakirə olunub və bir neçə dissertasiya mövzusunun adında qismən dəyişiklik edilib. Bir dissertasiya işinin mövzusu iki ixtisas qovşağında verilsə də, Ali Attestasiya Komissiyası tərəfindən verilmiş məktuba əsasən mövzu bir ixtisasda təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.