www.science.az
02.07.2020 12:09

Fiziologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “EuropeSpa” III beynəlxalq onlayn konfransında iştirak edib.

“COVID-19 çərçivəsində sanatoriyaların yenidən açılması və kommunikasiya strategiyaları” mövzusunda təşkil olunan konfrans “Zoom” platforması üzərindən baş tutub. 

Yunanıstan, Lüksemburq, İtaliya və digər ölkələrdən nümayəndələrin iştirak etdiyi konfransda Bad-Vörishofen Spa Mərkəzinin keçmiş direktoru və Hotel məktəbinin lektoru Aleksandr fon Hohenegg 2020-ci ilin iyun ayında ziyarət etdiyi 12 müxtəlif alman kurortunun yenidən açılması strategiyaları üzrə təcrübəsini dinləyicilərlə bölüşüb. Bildirilib ki, açılacaq sanatoriyalarda müalicə prinsiplərində dəyişikliklər edilməsi, yeni qaydaların tətbiqi, yaş məhdudiyyəti və sosial məsafənin gözlənilməsi kimi təkliflər irəli sürülüb.

Konfransda Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Şövqi Hüseynov və Ekotoksikologiya laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.