www.science.az
08.07.2020 14:51

Memarlıq və İncəsənət İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatı ölkədə koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə dəstək verərək institutun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstəriblər.

Sosial məsafə gözlənilməklə institutun Həmkarlar Təşkilatının məsul şəxslərinin iştirakı ilə elmi müəssisədə çalışan 35 nəfər aztəminatlı əməkdaşa ərzaq yardımı təqdim olunub. Yardım paketləri gündəlik tələbat və ərzaq məhsulundan ibarət olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.