www.science.az
15.07.2020 14:03

Gənclər Prezident İlham Əliyevin çağırışına hazırdır

Azərbaycan ordusunun Tovuz rayonunda keçirdiyi döyüş əməliyyatları xalqımızın doğma torpaqları uğrundakı mübarizəsinin dönməzliyinin ifadəsidir. Ermənistan tərəfinin Azərbaycan torpaqlarına növbəti hücumu isə bu qəsbkar ölkənin işğalçılıq siyasətindən əl çəkmədiyini göstərir.

Dünya ictimaiyyəti yaxşı bilir ki, hazırda Ermənistanda siyasi və iqtisadi böhran hökm sürməkdədir. Bu çıxılmaz böhran Ermənistanda Paşinyan rejimini çətin vəziyyətə salmış, ölkəni dalana dirəmişdir. Ermənistan hərbi birləşmələrinin Tovuz rayonundakı ərazilərimizə gözlənilməz hücumu diqqəti ölkə daxilindəki böhran vəziyyətindən hərbi müstəviyə keçirilməsinə hesablanmış çürük siyasətin təzahürüdür.

Qoy Ermənistanın yarıtmaz rəhbərləri qəti şəkildə bilsinlər ki, Azərbaycan xalqı və ordumuz ürəkdən inandığı Prezident İlham Əliyevin rəhbərliyi ilə istənilən vaxt onların layiqli cavabını verəcək, Dağlıq Qarabağı da azad edəcəkdir.

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev bacarıqla rəhbərlik etdiyi ölkədə xalqın möhkəm birliyinə, dövlət rəhbərinə dönməz sədaqətinə və inkişaf etmiş müstəqil dövlətin hərbi-iqtisadi gücünə arxalanır.

Xalqın etimadını itirmiş Ermənistan rəhbərliyinin, Paşinyan rejiminin isə istinad etdiyi məkrli siyasi oyunlardan uzağa gedə bilmir və mütləq iflasa məhkumdur.

Dövlət başçımız İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqi hər bir azərbaycanlı üçün çağırışdır. Azərbaycan xalqı, gənclərimiz Prezidentimizin hər bir çağırışına və əmrinə həmişə hazırdır. Azərbaycan gəncliyi inanır ki, möhtərəm Prezidentimizin apardığı müdrik və cəsarətli siyasət xalqımızı qələbəyə çatdıracaqdır.

Mehman Həsənli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.