www.science.az
15.07.2020 14:25

AMEA mütəxəssisləri immun sistemin zədələnməsini bərpa etmək üçün təklif irəli sürüblər

AMEA-nın Biofizika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov “ATV Qərargah” verilişinə müsahibə verib.

Professor T.Hüseynov insanların koronavirusa yoluxmasının, həm də ekoloji problemlərin təsirindən baş verdiyini deyib. O, bu məqsədlə ətraf mühit amillərindən biri olan Selenin qəbulunu tövsiyə edib. Bildirib ki, Selenin insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılmış virus xəstəliklərinin inkişafına səbəb ola bilər.

Alim, həmçinin bu virusa yoluxub sağalmış insanların immun sisteminin zədələnməsini bərpa etmək üçün Selendən istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Xatırladaq ki, AMEA alimlərinin təklifi ilə kimyəvi elementlərdən biri olan Selenin artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müalicə protokoluna daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.