www.science.az
16.07.2020 10:19

AzScienceNet ilə GEANT arasında əməkdaşlıq uğurla davam etdirilir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin GEANT Assosiasiyası ilə əməkdaşlığı çərçivəsində görülən işlər uğurla davam etdirilir. Bu barədə institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev məlumat verib. O, EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbt/s, ehtiyat xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün aparılan işlərdən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilmiş, 3 Gbit/san İnternet trafikin qoşulması təmin olunmuşdur.

Məruzəçi qeyd edib ki, AzEduNet şəbəkəsi ilə AzScienceNet arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san portları aktivləşdirilmiş və xətlər qeyd edilən portlara qoşulmuşdur.

O, GEANT şəbəkəsinin xidmətləri barədə məlumat verərək qeyd edib ki, EduRoam xidməti elm və təhsil şəbəkəsi istifadəçilərinin dünyanın müxtəlif yerlərində əlavə avtorizasiya prosesi keçmədən internetə daxil olmasına şərait yaradır. EduGain isə elm və təhsil şəbəkəsi istifadəçilərinin müxtəlif internet xidmətlərindən istifadə etməsi üçün yaradılmış federativ avtorizasiya sistemidir.

Şöbə rəhbəri, həmçinin GEANT-ın PerfSonar, FileSender, EduMeet, LoLa kimi xidmətləri və EaPConnect layihəsi çərçivəsində təqdim olunan avadanlıqlar barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.