www.science.az
26.11.2014 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Almaniya Menecment Akademiyasının sertifikatına layiq görülüb

AMEA Elmi İnnovasiyalar Mərkəzinin şöbə müdiri Eldar Şirəliyev 19 oktyabr - 15 noyabr 2014 il tarixlərində Almaniyanın Aşağı Saksoniya əyalətinin Almaniya Menecment Akademiyasında menecment üzrə tədris-təcrübə keçmiş, beynəlxalq sertifikata layiq görülmüşdür.

Elmi İnnovasiyalar Mərkəzinin iclasında həmin sertifikatın təqdimat mərasimi keçirilmişdir.

İxtisasartırma kursu Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi arasında imzalanmış “Anlaşma Memorandumu”na müvafiq olaraq təşkil edilmişdir. E.Şirəliyev Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən keçirilmiş müsabiqədən keçərək ixtisasartırma kursunda iştirak etmək hüququ qazanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.