www.science.az
24.08.2020 11:21

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.4-cü bəndinə əsasən:

1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

Şuranın sədri

Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 20 avqust 2020-ci il