www.science.az
02.09.2020 09:16

MDU-nun Bakı filialının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər

Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Tətbiqi riyaziyyat fakültəsinin IV kurs tələbələri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Əvvəlcə MDU-nun tələbələri ilə “Zoom Meeting” proqramı vasitəsilə görüş keçirilib.

Görüşdə tələbələrin təhkim olunduğu institut əməkdaşları – təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

Sentyabrın 12-dək davam edəcək təcrübə zamanı informasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə nəzəri və texnoloji biliklər öyrədiləcək. Həmçinin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və digər məsələlər aşılanacaq.

Qeyd edək ki, istehsalat təcrübəsi MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə əsasında keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.