www.science.az
02.09.2020 09:20

"AstraZeneca" peyvənd sınaqlarının üçüncü mərhələsinə başlayır

Oksford Universiteti ilə birgə koronavirusa qarşı peyvənd üzərində işləyən "AstraZeneca" şirkəti ABŞ-da sınaqların 3-cü mərhələsinə başlayacağını açıqlayıb. Peyvəndin yoxlanılması üçün son mərhələdə sınaqlara 30 min insanın qatılacağı bildirilib.

Koronavirusa qarşı potensial namizədlər arasında olan "AstraZeneca" vaksininin 2021-ci ilin yayına qədər 2 milyard doza istehsal edilə biləcəyi qeyd olunur.

Peyvəndin hazırlanması üzrə İşçi qrupun rəhbəri professor SaraH Gilbert vaksin ilə yaranan immunitetin nə qədər vaxt davam edəcəyinin bilinmədiyini deyib.

Bununla yanaşı, İngiltərədə aparılan digər sınaqların üçüncü mərhələsinin nəticələrinin oktyabr ayında açıqlanması planlaşdırılır.

www.medimagazin.com.tr