www.science.az
02.09.2020 14:37

Parkinson terapiyasına dair yeni yanaşma təklif olunub

Amerikalı bioloqlar bəzi neyro xəstəliklərin müalicəsində müəyyən beyin bölgələrində ölən sinir hüceyrələrini yenidən əmələ gələn neyronlarla əvəz ediblər.

Wienerzeitung.at saytının məlumatına görə, alimlər Parkinson xəstəliyinin simptomlarını azaltmaq üçün heyvanlar üzərində aparılan təcrübələrdə buna nail olublar. 

Əvvəllər digər tədqiqatçıların kök hüceyrələrindən neyronlar yaratmaq və zədələnmiş beyin toxumalarını bərpa etmək üçün cəhdləri nəticə verməyib. Bioloq Xiong Dong Fue və həmkarları təsadüfən birləşdirici toxuma hüceyrələrinin müəyyən bir gen söndürüldükdə sinir hüceyrələrinə çevrildiyini kəşf ediblər. Bu gen RNT molekullarına yapışan və bununla da genləri aktivləşdirə və ya təsirsiz hala gətirə bilən PTB zülalının istehsalı üçün məlumat daşıyır.

Parkinson xəstələri üçün xarakterik olan yavaş hərəkətlər, titrəmələr və qeyri-sabit yeriş kimi hərəkət pozğunluqlarına dopamin çatışmazlığı səbəb olur. Əvvəlcə tədqiqatçılar siçanlardan və insanlardan astrosit yetişdirdikləri hüceyrələrdən başlayıblar. Genetik cəhətdən dəyişdirilmiş viruslar əlavə edərək, DNA molekullarını hüceyrələrə köçürüblər, daha sonra PTB genini bloklayan RNT molekulları yaradıblar. Bu isə neyronlara xas olan bir neçə inaktiv astrosit genlərini aktivləşdirib, yaradılan neyronlar meydana gətirib və orta beyində dopamini normal səviyyəyə qaldırıb. Bununla da, heyvanlarda hərəkət pozğunluğu üç ay müddətində aradan qaldırılaraq bərpa olunub.