www.science.az
29.09.2020 11:18

Coğrafiyaçı alim iqlim dəyişmələri ilə bağlı keçirilən görüşdə iştirak edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov "Azərbaycanda iqlim dəyişmələri nəticəsində sərtləşən təhlükəli hidrometeoroloji proseslərə qarşı erkən xəbərdarlıq xidmətlərinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən virtual görüşdə iştirak edib.

Tədbirdə müvafiq dövlət idarələri, nazirlik və təşkilatların nümayəndələri iştirak ediblər. Görüşdə sözügedən layihədə əks etdiriləcək fəaliyyətlərin əlaqələndirilməsi, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb.

Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanıb və Yaşıl İqlim Fonduna (GCF) təqdim edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.