www.science.az
01.10.2020 10:24

Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemlərinə dair seminar keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “Sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin analizi” mövzusuna həsr olunan növbəti elmi seminarı onlayn keçirilib.

Məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sənaye idarəetmə sistemlərinin çoxsəviyyəli şəbəkə arxitekturaları və heterogen şəbəkə protokolları, kibertəhlükəsizliyin spesifik xüsusiyyətləri və bu sistemlərdə təhlükəsizlik üzrə beynəlxalq, regional, milli standartlar, eləcə də qanunvericilik sənədləri haqqında məlumat verib. O diqqətə çatdırıb ki, sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin həlli istiqamətində bütün dünyada elmi-praktik tədqiqatlar genişlənir.

Sonra alim bu istiqamətlərin hər biri üzrə mövcud tədqiqatları təhlil edib, gələcək araşdırmalar üçün problemlərə toxunub.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsinin zəruriliyi ifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.