www.science.az
09.10.2020 14:07

Nobel Sülh mükafatının qalibi məlum olub

2020-ci il sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının verdiyi xəbərə görə, mükafat Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramına (World Food Programme (WFP)) verilib.

Komitə mükafatı Dünya Qida Proqramına “münaqişə bölgələrində həyatın yaxşılaşdırılmasına verdiyi töhfəyə görə, aclıqla mübarizə aparmaq səylərinə görə, aclığın müharibə və münaqişələrdə silah kimi istifadəsinin qarşısının alınmasına yönəlmiş qüvvə kimi çıxış etdiyinə görə” verib.