www.science.az
15.10.2020 10:22

Professor Sergey Kirsanov: "Ermənistan təcavüzkar və işğalçı dövlətdir"

Məlum olduğu ki, Qarabağla bağlı həqiqətlərin dünya elmi ictimaiyyətinə  çatdırılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov dünyanın müxtəlif ölkələrindəki həmkarlarına məktublar göndərib. Həmin müraciətə bir sıra ölkələrdən – ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Gürcüstan, Özbəkistan, Qazaxıstandan cavablar daxil olmaqdadır.

Həmin cavab məktublarından biri də Rusiya Bələdiyyə Akademiyasının həqiqi üzvü, Bələdiyyələrin İnkişafı İnstitutunun prezidenti, professor Sergey Kirsanov tərəfindən göndərilib. Alim məktubda Azərbaycanın mövqeyini dəstəklədiyini, Ermənistanın təcavüzkar və işğalçı dövlət olduğunu deyib: "Bu gün atəş altında qalan mülki şəxsləriniz və ümumilikdə Azərbaycan xalqı ilə həmrəyliyimi bildirirəm. Ümidvaram ki, dünya birliyinin səyləri ilə atəşkəsə nail olunacaq və sülh danışıqlarının bərpası üçün irəli sürülmüş şərtlər yerinə yetiriləcək”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.