www.science.az
15.10.2020 15:18

AMEA-nın müxbir üzvü Oqtay Səmədov ölkə başçısına məktub ünvanlayıb

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qurumun kollektivi adından Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

Möhtərəm cənab Prezident! Bünövrəsində milli birlik və həmrəylik, azərbaycançılıq ideologiyası dayanan ölkəmiz bu gün öz inkişaf xətti ilə tanınır və dünyada nüfuzlu söz sahibinə çevrilib. Şübhəsiz ki, bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və məhz Sizin ardıcıl və uğurlu addımlarınızın, əvəzsiz xidmətlərinizin nəticəsidir.

Cənab Ali Baş Komandan!

Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə və hamılıqla dəstəkləyirik. Sizin rəhbərliyinizlə öz tarixinin ən şərəfli dövrünü yaşayan Azərbaycan Silahlı Qüvvələrinin şücaəti, cəbhədən ard-arda gələn qələbə xəbərləri Vətənin hər bir bölgəsində böyük iftixar hissi ilə qarşılanır.

İnanırıq ki, ordumuz Sizin komandanlığınız altında Vətəninimizin bütövlüyü uğrunda öz şərəfli vəzifəsini zəfərlə başa çatdıracaq və tezliklə bayrağımızı Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz bir hissəsi olan Qarabağda, işğal altında olan digər torpaqlarımızda göylərə yüksəldəcək.

Cənab Prezident, yağı düşməndən azad olunmuş hər qarış torpağa görə, qələbə xəbərləri və xalqımıza yaşatdığınız əvəzsiz qürur və sevinc hissinə görə Radiasiya Problemləri İnstitutunun kollektivi adından Sizə minnətdaram.

Yaşasın Azərbaycan xalqı və onun Prezidenti!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.