www.science.az
16.10.2020 10:15

Azərbaycanlı alim nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dünyanın nüfuzlu “SCOPUS” elmi bazasında indeksləşən “Journal of Applied Engineering Science” (JAES) jurnalının redaksiya heyətinin üzvü seçilib.

JAES jurnalı texniki elmlər, enerji səmərəliliyi və ətraf mühit, sənaye mühəndisliyi, nəqliyyat və texnologiyalar kimi sahələrdə biliklərin daha da təkmilləşdirilməsi və yayılmasını nəzərdə tutan beynəlxalq nəşrdir. Jurnal “SCOPUS” ilə yanaşı, həm də DOAJ, Google Scholar, SCIndeks, Kobson, ROAD kimi nüfuzlu bazalarda indeksləşir və referatlaşır.

Qeyd edək ki, Ş.Mahmudova bir çox beynəlxaq nüfuzlu jurnalların redaksiya heyətinin üzvü və rəyçisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.