www.science.az
16.10.2020 10:00

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiyaya dəstək olublar

Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb. Petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib.

Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmir. Bununla yanaşı, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 47 nəfər ölüb və 222 nəfər yaralanıb. Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqonun tətbiqinə çağırılır.

AMEA-nın  İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları da bu müraciətə qoşulub və petisiyanı imzalayaraq ABŞ-ın Ermənistana sanksiya tətbiqini dəstəkləyiblər.

Petisiyanı dəstəkləmək üçün göstərilən linkə daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və sign now düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.