www.science.az
16.10.2020 11:26

Dünyaca məşhur akademik ermənilərin Gəncəyə hücumunu alman faşistlərinin əməllərinə bənzədib

“Erməni hərbçilərinin Gəncədə mülki şəxslərə qarşı “Skad” raketlərini istifadə etməsi, İkinci Dünya müharibəsinin son ilində London, Paris və bir sıra digər şəhərlərin faşistlərin “Fau-2” raketləri tərəfindən atəşə tutulmasını xatırlatdı”.

Bu sözləri görkəmli fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev söyləyib.

Roald Saqdeyev 1932-ci ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetini bitirib. Atom Enerjisi İnstitutunda və Nüvə Fizikası İnstitutunda çalışıb. 1968-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilib. ABŞ Milli Elmlər Akademiyasının üzvü olub. 1973-1988-ci illərdə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqat İnstitutuna rəhbərlik etmişdir. 1990-cı ildə ABŞ-a köçüb. Plazma fizikası, kosmik fizikası və idarə olunan termonüvə sintezi problemləri üzərində işlərin müəllifidir.

Vesti.az