www.science.az
16.10.2020 11:20

Torpaqşünaslıq və Aqrokimya İnstitutundan ordumuza dəstək

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq toplanmış 7640 manat vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb. Həmçinin müəssisənin Həmkarlar Təşkilatı da əlavə olaraq fonda 5000 manat köçürüb.

Alimlər ordumuzun qələbəsinə inanır, ona dəstək verir.

Qarabağ Azərbaycandır!

Qeyd edək ki, bu günlərdə akademiya rəhbərliyinin çağırışı ilə AMEA-nın elmi müəssisələri öz gəlirləri hesabına Silahlı Qüvvələrin Yardım Fonduna müəyyən vəsait köçürür, yardımlar edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.