www.science.az
20.10.2020 12:16

Kimyaçı alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Mineral xammalın kompleks emalı şöbəsinin müdiri, professor Asif Məmmədov, eləcə də müəssisənin əməkdaşları Leyla Məşədiyeva, Samirə İmaməliyeva, Elnur Oruclu və dosent Faiq Məmmədov Almaniyanın Rostok şəhərində keçirilən “Termofiziki xassələr və enerji sistemləri” (THERMAM 2020) adlı beynəlxalq onlayn elmi konfransda iştirak ediblər.

Tədbirdə Asif Məmmədov “Cu-Pb-S sisteminin yüksək temperaturda T-x və P-T-X faza diaqramı” mövzusunda təqdimatla çıxış edib, yeni funksional xassəli materialların alınmasının elmi əsaslarının işlənməsi istiqamətində görülən işlərdən danışıb.

Həmçinin videokonfransda L.Məşədiyeva, S.İmaməliyeva, E.Oruclu və F.Məmmədovun da məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.