www.science.az
20.10.2020 14:55

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfranslarda iştirak edib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli ABŞ-ın Miçiqan Universitetində “Çağdaş Güney Azərbaycan ədəbiyyatının öndə gələn təmsilçiləri” mövzusunda onlayn tədbirdə məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Alim, həmçinin Amerika Türk Çalışmaları Assosasiyasının (AATT) keçirdiyi onlayn beynəlxalq konfransa məruzəsini təqdim edib. P.Məmmədli məruzəsində ABŞ-da elmi dərəcəyə yiyələnən ilk azərbaycanlı alimin kitabından söz açıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.