www.science.az
22.10.2020 16:20

Rusiyalı professor Azərbaycana dəstəyini bildirib

Rusiya Elmlər Akademiyasının Ural Bölməsinin Udmurtiya Tarix, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Aleksey Arzamasov AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə məktub göndərib.

Rusiyalı professor Qarabağın işğaldan azad olunduğu bu günlərdə ölkəmizə öz dəstəyini ifadə edib. “Bu vacib və çətin günlərdə bütün Azərbaycan xalqına səmimi dəstəyimizi qəbul edin. Biz Sizinləyik!” – nidası ilə məktubunu bitirən professor Aleksey Arzamasov xalqımızın apardığı haqq işində uğurlar arzulayıb.

Aleksey Arzamasov həmçinin AMEA Humanitar Elmlər Bölməsinin sorğusu əsasında “Doğma köklər” adlı udmurt yazılı eposu haqqında da məlumatı çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.