www.science.az
23.10.2020 14:39

Şərqşünaslıq İnstitutunun əməkdaşı İraqın “əl-İtticah” kanalında Qarabağ həqiqətlərindən danışıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Azəraybaycan həqiqətlərini, son günlərdə Qarabağda baş verən hadisələr, ölkəmizin cəbhədən uzaq şəhər və rayonlarında Ermənistan ordusunun törətdikləri hərbi cinayətlər barədə məlumatları dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.

S.Bağırov oktyabrın 21-də İraqın “əl-İtticah” telekanalında Qarabağda son vəziyyətlə bağlı məlumat verib, ordumuzun əks-hücum əməliyyatının BMT-nin 4 qərarına söykəndiyini, son 27 il ərzində beynəlxalq vasitəçilər və ATƏT-in Minsk qrupunun bitərəf mövqe sərgiləmədiyini, verilən qərarların həyata keçirilmədiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.