www.science.az
02.12.2020 10:29

Biofizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Biofizika İnstitutu, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzi və İsveçrənin Cenevrə Universitetinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə Biofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Kərim Qasımov, Nanoaraşdırmalar Mərkəzinin direktoru, f-r.e.d. Mustafa Muradov və Cenevrə Universitetinin professoru, Dr. Vera Slaveykova iştirak ediblər.

Onlayn görüş zamanı üç təşkilat arasında ortaq istiqamətlərdə səmərəli əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, “Improvement of nanotechnology techniques that can synergize cell behavior in organisms from different phyla” mövzusu ətrafında beynəlxalq layihələrdə birgə iştirak ilə bağlı məsələlər geniş müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.