www.science.az
29.12.2020 16:00

Ermənilərin məhv etdiyi Qarabağ yenidən dirçəldiləcək

AMEA-nın Botanika İnstitutunun Herbari fondunda Qarabağda olan bitkilərin nümunələri qorunur. Bunlar Şuşa, Laçın, Kəlbəcər və Zəngilanda hansı bitki nümunələrinin olduğunu sübut edir.

Bu sözləri Botanika İnstitutunun Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani deyib. Onun sözlərinə görə, işğal illərində, xüsusilə Vətən müharibəsi zamanı mənfur düşmən tərəfindən meşələrin yandırılması Qarabağın təbiətinə böyük zərbə vurub.

“Torpaqların yandırılması həmin ərazilərimizin xarabalığa çevrilməsi deməkdir. Torpaqlarımızın flora ilə zəngin olan üst qatı yandırılıb və məhv edilib. Elə bitkilər var ki, onların kökü dərində olmur, bu da həmin nadir bitki nümunələrinin məhvi deməkdir. Həmin bitkilərin gələcəkdə aqibətinin necə olacağını bilmirik”, - deyə alim vurğulayıb.

P.Qaraxani bildirib ki, Azərbaycan florasını bərpa etmək üçün akademiya əməkdaşları öz səylərini əsirgəməyəcəklər.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.