www.science.az
05.01.2021 11:58

Türkiyədə koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlanıb

Türkiyə alimləri on saniyə ərzində yeni növ koronavirus infeksiyasını təyin edən cihaz hazırlayıblar.

Bu barədə Bilkent Universitetinin saytında məlumat verilib.

“Diagnovir” adlanan cihazın işləmə prinsipi nümunələrin təkrarlanmasına deyil, optik xüsusiyyətlərə əsaslanmasıdır.

Test üçün, ağızın selikli qişasından nümunə götürülür, sonra xüsusi bir maye ilə qarışdırılır və cihaza yerləşdirilir. Patogenlər dinamik olaraq floresan siqnalı qəbul edərək 10 saniyə ərzində aşkar edilir.

Report.az