www.science.az
11.01.2021 13:59

AMEA Fizika İnstitutunda aparılmış yoxlamaları şərh edən saytların və müəlliflərin nəzərinə

Nəzərə almağınız lazımdır ki:

1. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli texniki və təbiət elmləri sahəsini yox, humanitar və ictimai elmlər istiqamətini təmsil edir.

2. Tanışlıq məqsədi ilə 2020-ci ilin sentyabr-oktyabr aylarında AMEA-nın Molekulyar Biologiya, Fizika və Seysmologiya institutlarında keçirilmiş tədbirlərdə AMEA-nın prezidentinin rəhbərliyi ilə bütün vitse-prezidentlər: İsa Həbibbəyli, İbrahim Quliyev, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova və akademik-katib Əminağa Sadıqov iştirak etmişlər. Bu barədə AMEA-nın “Elm” qəzetində və saytında ətraflı məlumat verilmişdir.

AMEA Humanitar və İctimai Elmlər

Bölməsinin mətbuat xidməti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.