www.science.az
12.01.2021 10:46

Lütfi Zadənin xatirəsinə həsr olunan nəşr çapdan çıxıb

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun "İqtisadiyyatda qeyri-səlis modellər" adlı kitabı "Springer" nəşriyyatında işıq üzü görüb.

Kitab AMEA-nın fəxri (xarici) üzvü olmuş professor L.Ələsgərzadənin (Lütfi Zadə) xatirəsinə həsr edilib. Kitabın redaktoru Polşa Elmlər Akademiyasının həqiqi üzvü, akademik Janusz Kacprzyk, "Ön söz"ünün müəllifi isə İspaniyanın İqtisadiyyat və Maliyyə Kral Akademiyasının prezidenti, professor J.Gil-Aluhadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.