www.science.az
18.05.2015 14:04

AMEA Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü qeyd edilib

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə  hər il olduğu kimi, bu il də AMEA  Hüseyn  Cavidin  Ev Muzeyində "Açıq qapı" günü keçirilib. Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyini gün ərzində 235-dən çox tamaşaçı ziyarət edib. Ziyarətçilərə qurumun bələdçiləri tərəfindən böyük mütəfəkkir Hüseyn Cavidin həyatı və yaradıcılığı, cavidlər ailəsi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) qərarı ilə bu il Beynəlxalq Muzeylər Günün şüarı "Davamlı cəmiyyət üçün muzeylər" mövzusudur. Bu günün əsas məqsədi cəmiyyətin ictimai-mədəni həyatında, maariflənməsində muzeylərin rolu və yerini möhkəmləndirməkdən ibarətdir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan  və  təbliğ  edən  müəssisələrdir. 18 may - həm də muzey işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir