www.science.az
04.06.2015 13:37

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı I Avropa oyunları ilə əlaqədar üçnövbəli iş rejimində çalışır

“Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar İçərişəhərdə yerləşən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı hər gün (1iyundan – 30 iyunadək) saat 10:00-dan 21:00-dək üçnövbəli iş rejimində çalışır.

Muzey-sərgi zalının rəhbəri, institutun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin sözlərinə görə, binanın I mərtəbəsində son illərin arxeoloji qazıntıları zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrindən ibarət ekspozisiya zalı, II mərtəbədə isə “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsinin təşkil etdiyi sərgi xarici qonaqların böyük marağına səbəb olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir