www.science.az
16.11.2015 15:01

Geologiya və Geofizika İnstititunda növbəti “Geomexanika” seminarı keçiriləcək

2015-ci il noyabr ayının 26-da saat 15:00-da Geologiya və Geofizika İnstitutununda  növbəti “Geomexanika” seminarı keçiriləcək.

Qeyd edək ki, seminar AMEA Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” layihəsi çərçivəsində həyata keçirilir.

G.-m.ü.f.d X.B.Ağayev "Müxtəlif tip seysmik dalğa parametrlərinin seysmoloji məlumatlara görə təyini" mövzusunda məruzə edəcək.

Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir