www.science.az
01.12.2015 09:00

İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək

AMEA prezidentinin 9 iyun 2015-ci il tarixli sərəncamının icrası ilə əlaqədar 5 və 12 dekabr 2015-ci il tarixlərində GRBS Tədris Mərkəzində ingilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

İxtisas fənnindən və fəlsəfədən müsbət qiymət almış iddiaçılar təcili olaraq Qeydiyyat Formasını (Aplication Form) elektron qaydada və ya kağız üzərində doldurub şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə  GRBS Tədris Mərkəzinin office@ielts.az elektron ünvanına göndərməli və ya GRBS Tədris Mərkəzinə şəxsən təqdim etməlidirlər.

Elektron qaydada qeydiyyat üçün keçid:

http://www.ielts.az/download/IELTSApplicationForm.pdf

Əlavə məlumat üçün keçid: http://www.ielts.az/az/pages/176-92.html

Əlaqə telefonu: (+994 12) 492 84 48, (+994 12) 539 30 60

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir