www.science.az
20.01.2016 15:31

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik material daxil olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni daxil olan materiallar arasında xalqımızın etnoqrafik irsinə aid edilən nümunələr də vardır.

Bu materiallardan biri Azərbaycanın tanınmış zadəgan nəsillərindən olmuş Şəkixanovlar nəslinə aid örtükdür. Örtük XIX əsrdə təkəlduz tikmə üsulu ilə hazırlanıb. Dəyirmi formalı qırmızı rəngli mahud parça üzərində “Şiri-xurşid” təsviri verilib, ətrafları nəbati naxışlarla bəzədilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir