www.science.az
13.01.2014 00:00

20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbirləri keçiriləcək

Bu il Azərbaycan xalqının qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar gününün 24-cü ildönümü tamam olur.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin Sərəncamına əsasən 13-17 yanvar 2014-cü il tarixlərdə 20 Yanvar gününün Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirlərinin keçirilməsi, AMEA institut və təşkilatlarının kollektivinin Şəhidlər Xiyabanına ziyarətlərinin təşkil olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.