www.science.az
21.01.2014 00:00

AMEA Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AMEA RPI-nin direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov 20 Yanvar hadisəsi ilə bağlı təəssürat və xatirələrini bölüşdü, Azərbaycan xalqının məruz qaldığı haqsızlıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirdə həmçinin institutun digər əməkdaşları da bu ağrılı hadisəyə öz münasibətlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.