www.science.az
08.06.2016 15:49

Seminarda qeyri-bircins məsaməli mühitli neft yataqlarının istismarında köçmə məsələlərinə dair məruzə dinləniləcək

İyunun 23-də saat 15:00-da AMEA Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçiriləcək.

Seminarda AMEA-nın müxbir üzvü Qeylani Pənahov və t.e.d. E.Abbasovun “Qeyri-bircins məsaməli mühitli neft yataqlarının istismarında köçmə məsələləri və onların həlləri” mövzusunda məruzəsi dinləniləcək.

Tədbirə “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.